ABŞ Müdafiə Nazirliyi Avropaya 8,5 min əsgər göndərməyə hazırdır, lakin yekun qərar hələ verilməyib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, əgər vəziyyət tələb edərsə, o zaman NATO protokollarına əsasən, onlar dərhal Avropaya göndəriləcək.
O bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ətrafındakı vəziyyətə görə daxildə və xaricdə qoşunların döyüş hazırlığını artırır.
Kirbi, həmçinin bildirib ki, hazırda ABŞ Rusiya Federasiyası tərəfindən Ukrayna ilə sərhəddə vəziyyətin deeskalasiyasının əlamətlərini görmür. Onun sözlərinə görə, Rusiyanın regionda hərbi mövcudluğu artmağa davam edir.
Akif İsmayılov