Sevinc Babayevanın ölümü ilə bağlı məlumat öz rəsmi təsdiqini tapandan sonra onun İnterpol vasitəsilə axtarışına xitam verilib.
Modern.az xəbər verir ki, bir müddət öncə İnterpol vasitəsilə axtarışa verilən Sevinc Babayevanın adı hazırda qurumun rəsmi səhifəsində yoxdur.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva uzun müddət idi ki, hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.
Anar Kəlbiyev