Modern.az

Tokayev Nazarbayevin qohumunu qovdu, MSK sədri postuna öz adamını gətirdi - FOTO

Tokayev Nazarbayevin qohumunu qovdu, MSK sədri postuna öz adamını gətirdi - FOTO

Dünya

25 Yanvar 2022, 11:31

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Berik İmaşevi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsindən azad edib.


Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
 

Berik İmaşev 2016-cı ilin sentyabrından MSK-nın rəhbəri vəzifəsində çalışırdı.
 

İmaşevin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qohumu olduğu bildirilir. 

Bundan əvvəl Nazarbayevin iki kürəkəni “Kaztransqaz” və “Kaztransoil” şirkətlərindən qovulub. Sabiq prezidentin ortancıl qızının əri isə “Atameken” Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib.
 

Prezident Kasım-Jomart Tokayevin digər sərəncamı ilə Nurlan Abdirov Mərkəzi Seçki Komissiyasının yeni rəhbəri təyin olunub.

MSK-nın yeni sədri Nurlan Abdirov SSRİ Daxili İşlər Nazirliyinin Karaqanda Ali Məktəbini bitirib. Hüquq elmləri doktoru, professordur.

Uzun müddət DİN, Ədliyyə Nazirliyi, Təhlükəsizlik Şurası Katibliyində müxtəlif vəzifələrdə işləyib, 2009-cu ildən bəri parlamentin deputatıdır.

Nurlan Abdirov 2021-ci ildə Qazaxıstan parlamentində Senatının sədr müavini seçilib, Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri olub.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal