Gürcüstanda koronavirusa yoluxanların gündəlik sayı ilk dəfə 15 mini keçib.
Modern.az xəbər verir ki, son sutka ərzində ölkədə 15 762 nəfər koronavirusa yoluxub, 5 160 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə pandemiyanın qurbanı olub.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 075 154-ə, sağalanların sayı 972 745-ə, ölənlərin sayı isə 14 774-ə çatıb.
Hazırda Gürcüstanda 87 609 aktiv koronavirus xəstəsi var. Onlardan 4 595-i xəstəxanalarda müalicə olunur.