Modern.az

Voleybol üzrə Yüksək Liqada növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Yüksək Liqada növbəti oyunların vaxtı açıqlanıb

Aktual

25 Yanvar 2022, 14:03

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

 

Modern.az-a Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.

 

Yanvarın 26-da ikinci turda “Express” “Sərhədçi”ni sınağa çəkəcək. Qarşılaşma saat saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK “Murov”la üz-üzə gələcək.

Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

 

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun təşkil olunan oyunlar azarkeşsiz keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi