Modern.az

Bayramda bulvarda atəşfəşanlıq olacaq – Dənizkənarı Bulvar İdarəsi

Bayramda bulvarda atəşfəşanlıq olacaq – Dənizkənarı Bulvar İdarəsi

29 Dekabr 2012, 10:16

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə bağlı Dənizkənarı parkda konsert proqramının olub-olmayacağı məlum deyil. Deyəsən heç olmayacaq da”. Bu sözləri Modern.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Buna baxmayaraq o, 31 dekabr günü - ildəyişən vaxtda, yəni saat 00:00-da böyük atəşfəşanlığın olacağını bildirib.

“Dənizkəanarı park 31 dekabra tam hazırdır, yolkalar quraşdırılıb, Şaxta baba və Qar qızlar var. Böyük monitorda eyni zamanda uşaqlar üçün proqramlar göstəriləcək”.

N. Məmmədov bildirib ki, həmin gün böyük izdihamın olacağı nəzərə alaraq Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq. “Həm Bulvar İdarəsinin mühafizə xidməti, həm də polis təhlükəsizliyin təmin olunması üçün gücləndirilmiş iş rejimində çalışacaq”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək