Qondarma “erməni soyqırımı”na diar Fransa parlamentinə yeni qanun layihəsi təqdim edilib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu qanun layihəsin parlamentə ermənipərəst millət vəkili Valeriya Boyer təqdim edib. Yeni layihənin parlamentə çıxarılan əvvəlki qanun layihəsindən müəyyən qədər fərqləndiyi bildirilir. Hələlik Valeriya Boyer təqdim etdiyi qanun layihəsinin parlamentdə nə zaman geniş müzakirələrə çıxarılacağı haqda mətbuata məlumat verilməyib. Millət vəkilin bu məsələ ilə bağlı Serj Sərkisyanla tez-tez əlaqə saxladığı bildirilir.
Qeyd edək ki, Valeriya Boyer hazırladığı “erməni soyıqırımı”nı inkara görə cəza nəzərdə tutulan qanun layihəsi Fransa parlamentində qəbul olunsa da, Konstitusiya Məhkəməsi tərəfədinən rədd edilmişdi. Sözügedən qanun layihəsinə görə, “erməni soyqırımı”nı inkar edənlərin bir il həbs və ya 45 min avro məbləğində cərimələnəcəyi nəzərdə tutulurdu.
Anar RÜSTƏMOV