Cənubi Sudanın şərqində yerləşən Conqley əyalətində kəndlərə silahlı basqın edilib. İnsident nəticəsində azı 32 nəfər öldürülüb, 26 nəfər isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar zamanı Murle etnik qrupundan olan silahlı gənclər sakinlərə atəş açıb və onların mülklərini yandırıblar.
Ölənlər arasında qaçmağa çalışarkən çayda boğulan üç uşağın olduğu bildirilir. Əlavə məlumat verilməyib.