Modern.az

Sumqayıtda dəhşətli yanğın: 250 nəfər təxliyyə edilib

Sumqayıtda dəhşətli yanğın: 250 nəfər təxliyyə edilib

29 Dekabr 2012, 11:01

Sumqayıtda dəhşətli yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarlarına vurulmuş plastik materiallardan ibarət üzlük 100 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 1000 kv.m (ümumi 1100 kv.m) sahədə yanıb.

Yanğın zamanı 250 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 22:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək