Modern.az

İstanbul sakinlərini sevindirən PROQNOZ

İstanbul sakinlərini sevindirən PROQNOZ

Aktual

25 Yanvar 2022, 17:04

Türkiyənin İstanbul şəhərində qarın yağması cümə axşamı günündən başlayaraq sərgiyəcək.

 

Modern.az xəbər verir ki, proqnozlara əsasən, İstanbula sabah da qar yağacaq, lakin cümə axşamı hava şəraiti bir qədər mülayimləşəcək.

 

Qeyd edək ki, yanvarın 21-dən başlayaraq Türkiyənin bir çox ərazilərində qarlı hava şəraiti hökm sürür. Əlverişsiz hava daha çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək meqapolisdə sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Ankara-İstanbul avtomagistralında nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.

 

Bundan əlavə, İstanbulun bəzi rayonlarında qalın qalınlığı 50-60 santimetrə çatıb. Eyni zamanda "Türkiyə Hava Yolları" İstanbul aeroportundan uçuşları bu gün saat 00:00-dək dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi