Modern.az

İstanbulda universitetlər də bağlandı

İstanbulda universitetlər də bağlandı

Aktual

25 Yanvar 2022, 18:10

Türkiyənin İstanbul şəhərində yerləşən universitetlərdə dərslər ayın sonunadək dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

 

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə əlaqədar bir sıra tədbirlər görülüb:

 

"Dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilələrin 28 yanvar Cümə gününə qədər məzuniyyəti nəzərdə tutulur. Bundan əlavə, universitetlər 31 yanvar bazar ertəsinə qədər təhsili dayandıracaq. Xüsusi Təhsil və Reabilitasiya Mərkəzlərində tədris yanvarın 28-i cümə gününə kimi dayandırılır. Yerlikaya, Trakya və Anadoludan hərəkət edən avtomobillər üçün İstanbula giriş məhdudiyyəti qaldırıldı".

 

Vali, həmçinin qeyd edib ki, şəhərdaxili əsas magistral yollar qardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi