"Pfizer/BioNTech" şirkəti koronavirusun "Omicron" ştamına qarşı vaksinin kliniki sınaqlarına başlayıb.
Modern.az xəbər verir ki, sınaqlarda 1 400-dən çox könüllü iştirak edir.
Sınaqlarda iştirak edən könüllülər üç qrupa bölünüb. Birinci qrupa sınaqlaradək vaksinin hər iki dozası vurulan şəxslər, ikinci qrupa "buster" dozanı qəbul etmiş şəxslər, üçüncü qrupa isə indiyədək xəstələnməmiş və peyvənd olunmamış şəxslər daxil edilib. Onlar yeni vaksinlə üç dəfə peyvənd olunacaq.
Şirkət yeni vaksinin mart ayında bazarlara çıxa biləcəyini deyib.