Modern.az

Kiyevdə polislə etirazçılar arasında toqquşma

Kiyevdə polislə etirazçılar arasında toqquşma

Dünya

25 Yanvar 2022, 19:25

Ukraynanın paytaxtı Kiyevin mərkəzində Ali Radanın binası yaxınlığında sahibkarlar aksiya keçiriblər. 

 

Modern.az xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

 

Etirazçılar sadələşdirilmiş vergitutma, uçot və hesabat sisteminin saxlanması, habelə nəzarət-kassa aparatlarından məcburi istifadənin ləğvinin tərəfdarıdırlar.

 

Etirazçılar parlamentə soxulmağa çalışsalar da, polis onları geri çəkilməyə məcbur edib. Saxlanılanlar var.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal