Məşhur britaniyalı müğənni Elton Con koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə o, özünün instaqram səhifəsində məlumat paylaşıb.
Dünya şöhrətli sənətçi buna görə ABŞ-dakı bir sıra konsertlərini təxirə salıb.
74 yaşlı müğənni vaksin sayəsində xəstəliyi yüngül keçirdiyini söyləyib.