Gürcüstanın enerji və təbii ehtiyyatlar naziri Kaxa Kaladze yenidən Azərbaycana səfər edib. Modern.az-ın gürcü KİV-lərinə istinadən verdiyi xəbərə görə, gürcü nazirin iştirakı ilə Azərbaycanla Gürcüstan arasında nerji sahəsində əməkdaşlıq müzakirə ediləcək.
Onun rəhbərliyi etdiyi nümayəndə heyətinə enektrik enerjisi sisteminin kommersiya operatoru və “Gürcüstan dövlət enerji sistemi” qurumlarının nümayəndələri daxildirlər. Səfər çərçivəsində onlar “Azərenerji”nin rəhbərliyi ilə görüşəcəklər. Əsas məsələ qış mövsümündə Azərbaycandan Gürcüstana veriləcək elektrik enerjisi ilə bağlı danışıqlar aparmaqdır.
Qeyd edək ki, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Kaxa Kaladze dekabrın 26-da Azərbaycana ilk rəsmi səfərə gəlmişdi
Modern.az