Modern.az

Müəllimi döyən şəxs onu \"tapança\" ilə HƏDƏLƏDİ

Müəllimi döyən şəxs onu \

26 Yanvar 2022, 10:56

Daxili İşlər Nazirliyi (DİN) Bakıda orta məktəb müəllimini döyən şəxslə bağlı məlumat yayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Modern.az-a verilən məlumata görə, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Rəsmi məlumata görə, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?