Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

29 Dekabr 2012, 13:50

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Azərbaycanın sabiq daxili işlər naziri, "Boz Qurd" partiyasının eks-sədri  İsgəndər Həmidovu ölkədə tanımayan az adam tapılar. Xüsusilə də yaşlı və orta nəsil AXC hakimiyyəti dövründə hadisələrə həmişə çılğın reaksiyası ilə fərqlənmiş İsgəndər Həmidovu o vaxtların ən populyar simalarından biri sayır. 1993-cü ildəki hakimiyyət dəyişikliyindən sonra  həbs edilən və uzun müddət həbsdə yatan İsgəndər Həmidovun azadlığa çıxandan sonra böyük siyasətdə qalacağını güman edənlər yanıldılar. O, buraxılandan sonra siyasətdən getdiyini bəyan etdi...

Sizcə, İsgəndər bəyin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz sabiq nazirin oxşarını tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. İsgəndər Həmidovun oxşarı özünə görə az-çox  tanınan simadır. Xüsusilə də jurnalistlər onu daha yaxşı tanıyırlar. Bu, Qafqaz üzrə tanınmış araşdırmaçı, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Ənvər Börüsoydur.
Diqqətlə baxanda İsgəndər Həmidovla Ənvər Börüsoyun xarici görünüşlərindəki oxşarlığı açıq-aşkar görmək mümkündür.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Sabiq daxili işlər naziri İsgəndər Həmidov


Araşdırmaçı Ənvər Börüsoy

A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI