Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3192 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8650 nəfər vəfat edib. Hazırda aktiv koronavirus xəstələrinin sayı 12 448 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, bu günə qədər isə ümumilikdə 6 094 493 test icra olunub.