Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər duman, axşam isə yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz güclənəcək.
Havanın temperaturunun gecə 0-2, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın sabah şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 11-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı
Dekabrın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən qısa müddətə dəyişiləcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Modern.az