Son günlər İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda qarşı tərəf müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.
SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəisinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna cavab verib:
"AGSC şirkəti mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq. Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşıtərəfli dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq".