Almaniya Ukraynaya 5000 ədəd hərbi dəbilqə göndərəcək.
Modern.az DPA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Kristine Lambrext müdafiə komitəsinin iclasında məlumat verib.
Bundan əvvəl Almaniya Estoniya ilə birgə Ukraynada səhra xəstəxanalarının quraşdırılmasını maliyyələşdirəcəyini bəyan etmişdi.