Modern.az

Türk Akademiyası və Türkiyə Təhsil Nazirliyi əməkdaşlığı gücləndirir

Türk Akademiyası və Türkiyə Təhsil Nazirliyi əməkdaşlığı gücləndirir

Dünya

26 Yanvar 2022, 20:01

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb.

 

Modern.az xəbər verir ki, danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub. Xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal