Modern.az

ABŞ-dan Misirə 2.2 milyardlıq hərbi satış

ABŞ-dan Misirə 2.2 milyardlıq hərbi satış

Dünya

26 Yanvar 2022, 21:08

ABŞ Misirə 12 ədəd C-130J-30 hərbi nəqliyyat təyyarələrinin və SPS-48 radar sistemlərinin satılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Satışın dəyəri 2.2 milyard dollardır. Pentaqon satışla bağlı Konqresə məlumat verib. Konqres təsdiqlədikdən sonra müqavilə icra ediləcək.

 

Agentlik qeyd edib ki, satış Yaxın Şərqdə mühüm strateji tərəfdaş olaraq qalan NATO-ya daxil olmayan əsas müttəfiqin təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal