Modern.az

İtaliya prezident seçə bilmir

İtaliya prezident seçə bilmir

Dünya

26 Yanvar 2022, 21:12

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin üçüncü turunda da nəticə əldə edilməyib.

 

Modern.az xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermənin üçüncü turu üçün yenidən toplaşıb. Üçüncü turda da heç bir namizəd ilk iki turda olduğu kimi lazımi səs sayına (673 səs) çata bilməyib.

 

Hazırkı Prezident Sercio Mattarella 125, Quido Krosetto 114, hüquqşünas Paolo Maddalena 62 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı 412 olub.

 

Qeyd edək ki, yanvarın 27-də səslərin yarıdan çoxunu, yəni 505 səs yığan namizədin prezident seçiləcəyi səsvermənin dördüncü turu keçiriləcək.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal