Türkiyənin Ordu şəhərinə yağan qarın hündürlüyü 2 metrə çatıb.
Modern.az xəbər verir ki, qardan sonra maraqlı görüntülər ortaya çıxıb.
Belə ki, Türkiyənin önəmli turizm zonalarından olan Kertil Mesire Alanında çəkilən, qarda itən şəxsin fotosu sosial mediada diqqət çəkib.
Ordunun Akkuş rayonunda qarın yaratdığı fəsadların aradan qaldırılması üçün 35 iri texnika və 65 nəfərlik şəxsi heyət işlərə cəlb olunub.