Modern.az

NATO Rusiyanı 3 ölkədən qoşunları çıxarmağa ÇAĞIRDI

NATO Rusiyanı 3 ölkədən qoşunları çıxarmağa ÇAĞIRDI

Dünya

26 Yanvar 2022, 22:42

NATO Rusiyanı Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırır.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, Alyans Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbələrinə yazılı cavab hazırlayıb.

 

Baş katib qeyd edib ki, NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək.

 

"NATO "açıq qapı" prinsipindən əl çəkməyəcək", - deyə o qeyd edib.

 

Akif İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal