Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.
Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, yanvarın 19-da aşağı palata (Məclis) müvafiq qanun layihəsini qəbul etmişdi.
Yeni qanun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.