Şamaxının millət vəkili Elxan Süleymanov balacaları və təqaüd verdiyi tələbələri təbrik edib.Bu barədə Modern.az saytına deputatın qərargahından məlumat verilib.
Dekabrın 29-da Şamaxının millət vəkili Elxan Süleymanov rayonun 22 uşaq bağçasında tərbiyə alan 1140 uşağa hədiyyə verib.Elxan Süleymanov Şamaxıdakı qərargahında təqaüd verdiyi 35 nəfərlə görüşüb, onları təbrik edib.
Görüşdə “Sabir və Şirvani” müsabiqəsinin qalibləri, 2011 və 2012-ci illərdə Şamaxı rayonu üzrə 600 baldan çox bal toplayan tələbələr iştirak ediblər.
Modern.az