Modern.az

Tokayev kadr islahatlarına davam edir - Daha iki məmur işdən çıxarıldı

Tokayev kadr islahatlarına davam edir - Daha iki məmur işdən çıxarıldı

Dünya

27 Yanvar 2022, 10:03

Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanda apardığı kadr islahatları davam edir.

Bu gün Yerlan Kiyasov Qazaxıstanın səhiyyə nazirinin müavini - baş dövlət sanitar həkimi vəzifəsindən azad edilib.

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, məlumatı baş nazirin mətbuat xidməti təsdiqləyib.

O, 2020-ci ilin sentyabrından bu vəzifədə idi.


Kasım-Jomart Tokayevin sərəncamı ilə Prezident yanında Strateji Araşdırmalar İnstitutunun direktoru  da dəyişib.

Dövlət başçısının sərəncamı ilə Zarema Şaukenova Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamına əsasən, Yerkin Tukumov institutun yeni direktoru təyin edilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal