Modern.az

Maşını qaçırdı - 1 gün sonra TUTULDU

Maşını qaçırdı - 1 gün sonra TUTULDU

27 Yanvar 2022, 11:09

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə yanvarın 25-də 32-ci məhəllə ərazisindən şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev müəyyən edilərək saxlanılıb.

 

Hazırda Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?