Modern.az

Sevinc Babayevanın meyiti Azərbaycana gətirilir

Sevinc Babayevanın meyiti Azərbaycana gətirilir

29 Dekabr 2012, 18:27

Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın meyiti Azərbaycana göndərilmək üçün İstanbul Atatürk Hava Limanına gətirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, meyit hazırda aeroportun “Kargo” bölümündədir. Meyitin Bakıya göndərilməsi üçün hazırlıq işləri aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında “Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılaraq, məhkəmə-tibb ekspertizasına götürülən S. Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib.

Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək