Modern.az

Direktorun səsyazısı ilə bağlı araşdırma BAŞLADI

Direktorun səsyazısı ilə bağlı araşdırma BAŞLADI

Təhsil

27 Yanvar 2022, 12:55

Təsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səsyazısı ilə bağlı araşdırmalara başlayıb.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

 

C.Valehov araşdırma nəticələrilə bağlı ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.

 

Qeyd edək ki, Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səsyazısı yayılıb. 

 

Səsyazısında məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

 

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

 

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama