Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bəzi deputatlardan narazlıq edib.
Modern.az saytının məlumatına görə, baş redaktor adlarını çəkmədiyi bəzi parlamentarların “xüsusi fəaliyyət”indən bəhs edib:
“Son günlər belə xahişlərlə üzləşirəm:
Müəllim (deputatın köməkçisi danışır) istəyir ki, yazısı “Yeni Azərbaycan” qəzetində getsin.
Getsin deyirik, nə problem ola bilər ki?
Yazı çap olunur, maraqlanırıq.
Müəllim qəzeti alıb? “Yox”, deyirlər.
Sayta baxmısız? “Yox”, deyirlər
Sonra növbəti xahiş səslənir.
Yazının linkini bizə ata bilərsiniz?
Bu, dövlətə, Prezidentə xidmət etmək deyil.
Sadəcə göstəridir.
Bu iş görmək deyil, işin şəklini çəkməkdir.
İşin şəklini çəkmək isə birbaşa dövlətin, Prezidentin deyil, şər maşınının işinə yarayır”.