Modern.az

Putin ABŞ-ın yazılı cavabını şəxsən oxuyub

Putin ABŞ-ın yazılı cavabını şəxsən oxuyub

Dünya

27 Yanvar 2022, 15:22

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını özü oxuyaraq təhlil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

“Amma hələlik Rusiya Federasiyasının ABŞ-ın zəmanətlərlə bağlı cavabına hansı formada reaksiya verəcəyi barədə deyə bilmərik. Lazım gələrsə, prezident rəhbərlik, Təhlükəsizlik Şurasının üzvləri ilə, köməkçiləri ilə məsləhətləşir. Mən sizə dəqiq bir tarix deyə bilmərəm, amma aydındır ki, heç kim reaksiyanı xüsusilə gecikdirməyəcək. Bununla yanaşı, dərhal reaksiya da gözlənilmir" , - o bildirib.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal