Modern.az

Avropada yaşayan bloger və jurnalist axtarışa verildi - FOTO

Avropada yaşayan bloger və jurnalist axtarışa verildi - FOTO

Media

27 Yanvar 2022, 15:45

Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

 

Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu