Modern.az

Son sutkanın yoluxma STATİSTİKASI

Son sutkanın yoluxma STATİSTİKASI

Ölkə

27 Yanvar 2022, 16:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib, aktiv xəstə sayı 14 663 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, ötən müddət ərzində isə ümumilikdə 6 107 416 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama