Sevinc Babayevanın cənazəsi təyyarə ilə Bakıya göndərilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Sevinc Babayevanın cənazəsi məhkəmə tibbi ekspertizasının meyidə keçirdiyi baxışdan sonra yerli vaxtla saat 00.50-da Azərbaycan Hava Yollarına aid J2-078 səfər saylı təyyarə ilə Bakıya göndərilib.
***
Sevinc Babayevanın meyiti ailəsinə təhvil verilib. Bu barədə APA-ya mərhumun oğlu Ayxan Məmmədov məlumat verib. Onun dediyinə görə, S. Babayeva bu gün dəfn ediləcək. A. Məmmədov anasının harada dəfn olunacağını açıqlamayıb.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva Türkiyədə ürəyində yaranmış narahatlıq səbəbilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Modern.az