Tacikistan Sərhəd Xidmətinin əməkdaşları Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hər iki tərəfdən yerli hakimiyyət nümayəndələri münaqişənin həlli üçün tədbirlər görürlər.
Məlumata görə, Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin rəsmiləri sərhəddəki münaqişənin təfərrüatlarını dəqiqləşdirirlər.
Qeyd edək ki, bu gün Qırğızıstan-Tacikistan sərhədində atışma olub. Hazırda silahlı insidentin davam etdiyi deyilir. Sərhəddəki atışma nəticəsində 6 hərbçinin yaralandığı bildirilir.