Qırğızıstanın Mülki Müdafiə Xidməti Tacikistanla sərhəddə baş vermiş atışmadan sonra fövqəladə iş rejiminə keçib.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tacikistanla sərhəddə yerləşən kəndlərin sakinləri təxliyə edilir. Təxliyə prosesinə mikroavtobuslar, yük maşınları və yolsuzluq avtomobilləri cəlb edilib.
Qeyd edək ki, bu gün Qırğızıstan-Tacikistan sərhədində atışma olub. Hazırda silahlı insidentin davam etdiyi deyilir. Sərhəddəki atışma nəticəsində 1 nəfər ölüb, 17 hərbçi isə yaralanıb.