Modern.az

İtaliyada bu gün də prezident seçə bilmədilər

İtaliyada bu gün də prezident seçə bilmədilər

Dünya

27 Yanvar 2022, 23:06

İtaliyada prezident seçkilərinin dördüncü turunda heç bir namizəd lazımi səs sayına çata bilməyib.

 

Modern.az xəbər verir ki, ölkənin 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin dördüncü turunda nəticə əldə edilməyib. Hazırkı Prezident Sercio Mattarella 166 səslə ən çox səs toplayıb. Boş bülletenlərin sayı 441 olub.

 

Yanvarın 28-də səsvermənin növbəti turu keçiriləcək. Bu turda səslərin yarıdan çoxunu, yəni 505 səs yığan namizəd prezident seçiləcək.

 

Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal