Modern.az

Eynulla Fətullayev: “Sevinc Babayevanı xəstəxanada şok ediblər” – AÇIQLAMA

Eynulla Fətullayev: “Sevinc Babayevanı xəstəxanada şok ediblər” – AÇIQLAMA

30 Dekabr 2012, 12:59

Hüquq müdafiəçisi onun öldüyü xəstəxanaya müraciət edib

“Baş Prokurorluğun açıqlaması qaneedici deyil. Dörd saatlıq ekspertiza aparılıb,  amma ictimaiyyətə kifayət qədər məlumat verilməyib. Biz hələ də Sevinc Babyevanın nədən öldüyünü bilmirik”. Bunu Modern.az-a hüquq müdafiəçisi Eynulla Fətullayev deyib. O, bildirib ki, bununla bağlı ciddi araşdırmaya ehtiyac var:

“Biz bu işlə bağlı maraqlanırıq. Türkiyənin İstanbuldakı “Medical İnternational” xəstəxanasına və Esenyurt Dövlət Xəstəxanasına sorğu ünvanlamışıq. Şəxsən mənə müəmmalıdır ki, Esenyurt Dövlət Xəstəxanası еərəfindən qəbul olunan şəxs guya reanimasiya şöbəsi olmadığına görə, tam başqa bir xəstəxanaya köçürülür. Bu xəstəxanalar arasında 15 kilometr məsafə var. Elə bunun özü müəmmalıdır. O, özündə olmayıb. Ona xəstəxanada şok ediblər, ürəyini masaj ediblər. Amma buna reanimasiya təyinatı verilib. Esenyurt Чəstəxanası Türkiyədə ən prestijli, yüksək səviyyəli xəstəxanalardan biridir. Nədənsə onu Esnyurtdan “Medical İnternational”a göndəriblər. Güman edirəm ki istintaq buna cavab tapsa, bu müəmmalı məsələnin üstünü aça bilər”.

Adətən xəstəni bir xəstəxanadan digərinə keçirilməsinin onun yaxın qohumlarının tələbi, xahişi ilə olduğunu deyən Eynulla Fətullayevin sözlərinə görə, Sevinc Babyevanın  yanında heç kim olmayıb. Belə olan halda onun bir xəstəxanadan digərinə necə köçürüldüyü də müəmmalı qalır.

Baş Prokurorluğun açıqlamasının da qaneedici olmadığını söyləyən hüquq müdafiəçisinin dediyinə görə, dörd saatlıq ekspertiza aparılsa da, ictimaiyyətə kifayət qədər məlumat verilmir:

“Biz hələ də bilmirik ki, Sevinc Babyeva nədən dünyasını dəyişib. Bu göstərilmir. Ən azından bunun epikriz açıqlanmalı idi. Bir-birini təqzib edən və bir-birinə zidd olan məlumatlar səsləndirilir. Belə fikirlərin səsləndirilməsi isə müəmmalı ölüm ilə bağlı şübhələri ciddiləşdirir. Odur ki, məsələnin araşdırmasına ciddi ehtiyac yaradır”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi