Türkiyədə gənclər arasında qəribə trend yaranıb.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gənclər butulka kimi materiallarla vakum effekti yaradaraq dodaqlarına 'botoks' vurmuş kimi görüntü əldə edir və videolar çəkirlər.
Onlar həmçinin videolarında oxşar estetik tətbiqləri necə etdiklərini göstərirlər. Bəziləri isə kamera qarşısına keçdikləri videoda burunlarını qaşıqla çimdikləyərək necə kiçiltdiklərini izah edirlər.
Mütəxəssislərin fikrincə, bu cür prosedurlar qalıcı zərər verə bilər. Sosial şəbəkələrdə yayımlanan videolardakı proseslər nekroz, yəni toxumaların ölümünə səbəb ola bilər.