Almaniyanın xarici işlər naziri Annalena Berbokla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Ukraynada vəziyyətin tənzimlənməsi üzrə “Normandiya formatı”nın işini dəstəklədiklərini söyləyiblər.
Sergey Lavrov almaniyalı həmkarı ilə Rusiyanın təhlükəsizlik təklifləri üzrə ABŞ və NATO-nun cavabına dair fikir mübadiləsi aparıb.
Xatırladaq ki, ABŞ və NATO yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab göndərib. Bundan əlavə, Berbok bir neçə gün əvvəl Rusiyada səfərdə olub.