Modern.az

Milli Məclisdən TƏKZİB - Jurnalistlərin akkreditasiyaları ləğv olunmayıb

Milli Məclisdən TƏKZİB - Jurnalistlərin akkreditasiyaları ləğv olunmayıb

29 Yanvar 2022, 09:50

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmayıb:

 

"Bu məsələ İntizam komissiyasının gündəliyində olmayıb".

 

"Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz" , - deyə məlumatda vurğulanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi