Modern.az

Bakıda müəmmalı CİNAYƏT: İki meyit tapıldı

Bakıda müəmmalı CİNAYƏT: İki meyit tapıldı

29 Yanvar 2022, 11:31

Yanvarın 29-u saat 1 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 12E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Suraxanı rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?