Modern.az

Fransa və Almaniya nazirləri Ukraynaya gedir

Fransa və Almaniya nazirləri Ukraynaya gedir

29 Yanvar 2022, 18:17

Fransa xarici işlər naziri Jan-İv Le Drian almaniyalı həmkarı Annalena Berbok ilə birlikdə fevralın 7-8-də Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

O qeyd edib ki, fransalı həmkarı ilə telefonla danışıb və Rusiya-Ukrayna qarşıdurmasını müzakirə edib.

 

"Biz, həmçinin təhlükəsizlik risklərinin aradan qaldırılmasında Ukrayna iqtisadiyyatına yardımı müzakirə etdik. Mən onu və alman həmkarım Annalena Burboku Kiyevdə gözləyirəm”, – deyə Kuleba "Twitter" səhifəsində yazıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?