Modern.az

Meksikada ağır yol qəzası - 12 ölü, 11 yaralı

Meksikada ağır yol qəzası - 12 ölü, 11 yaralı

Dünya

29 Yanvar 2022, 23:17

Meksikanın mərkəzində mikroavtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində 12 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Hadisə nəticəsində daha 11 nəfər yaralanıb.

 

Jalisco vilayətinin fövqəladə xidmətlər agentliyindən bildirilib ki, ölənlərdən 7-si hələ də mikroavtobusun içində qalıb.

 

Qəza Laqos de Moreno şəhəri yaxınlığında, mərkəzi Quanaxuato və Xalisko ştatlarını birləşdirən magistral yolda baş verib.


Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal