Modern.az

Yoluxma sürətlə ARTIR - Vəziyyət kritikdir

Yoluxma sürətlə ARTIR - Vəziyyət kritikdir

Dünya

30 Yanvar 2022, 09:36

Dünyada yeni növ koronavirusa yoluxanların sayı son sutka ərzində 2,6 milyon nəfərdən çox artıb.

 

Modern.az “worldometers.info” saytına istinadən xəbər verir ki, ötən sutkada 2 milyon 653 min 676 nəfər koronavirusa yoluxub, 7671 nəfər isə pandemiyadan həyatını itirib. Bununla da yoluxanların ümumi sayı 372 milyon 924 min 584, ölənlər isə 5 milyon 675 min 413 nəfərə çatıb.

 

Son sutka ərzində ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (75,4 milyon), Hindistan (41 milyon), Braziliya (25,2 milyon), Fransa (18,8 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,6 milyon) və Türkiyədə (11,4 milyon) aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal