Modern.az

Qitə uğrunda gizli savaş: Qaraların qara günü...

Qitə uğrunda gizli savaş: Qaraların qara günü...

Dünya

30 Yanvar 2022, 10:22

Dünya geosiyasətində Afrika xüsusi yer tutur. Maraqlar uğrunda yaranan proses meydana çoxlu sayda problemlər çıxardı. Bunun fonunda regionda liderlik statusu üçün qızğın rəqabət, dini məzhəbçilik kimi hallar üst səviyyəyə qalxdı. Eyni zamanda, bir sıra dövlətlər arasında rəqabət daha kəskin mərhələyə keçdi. Yaranmış kritik vəziyyətin bölgəni haraya apara biləcəyini proqnozlaşdırmaq isə xeyli çətindir.

 

Siyasi ekspert Elman Vəliyev Modern.az-a şərhində Afrikanın dünya güclərinin maraqlarının toqquşduğu qitəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, Afrikaya nəzarət etmək, liderliyi ələ keçirmək üçün bir çox ölkələr arasında gizli mübarizə gedir:

 

“Maraqların toqquşduğu arenalardan biri də məhz Afrika kontingentidir. Afrika qitəsini təhlil edərkən tarixi metoddan istifadə etmək daha məqsədəuyğundur. Afrika qitəsi böyük coğrafi kəşflər dövründə təbii ehtiyatları ilə önəmli mövqeyə çevrilib. Afrika sahillərini bəzən "fil dişi" sahili də adlandırırdılar. Tarixin çarxı fırlandıqca enerji mənbələri əldə etmək üçün Afrikanın başına daha çox bəlalar açdılar. İngiltərədən Amerikaya köçüb burada öz kaloniyalarını yaradanlar, yerli əhaliləri məhv etdikdən sonra Afrikadan qullar gətirməyə başladılar. Bəli, Afrika qul bazarı kimi də tanınırdı. Osmanlı imperiyası zamanı qitənin şimal hissəsinə nəzarət edilmiş və sakitlik hökm sürürdü. Ancaq bu sakitlik çox çəkmədi. 1830-cu ildən başlayaraq Afrikaya Fransa nəzarət etməyə başladı və bu nəzarət 132 il, yəni 1962-ci ilə kimi davam etdi. Fransanın dövründə qitə talan edilmiş, 45 minə yaxın insan öldürülmüşdü. Bunlar uydurma faktlar deyil, real hadisələrdir”.

 

Siyasi şərhçinin fikrincə, müasir dövrdə Afrikanın cənub hissəsində, yəni CAR-da (Cənubi Afrika Respublikası) digər bölgələrə nisbətən yaşayış səviyyəsi yüksəkdir:

 

“Afrika təbii ehtiyatlara malik olduğu üçün, xüsusilə kömür ehtiyatı, şimal hissəsində (Livya, Əlcazair, Misir) neft, qaz ehtiyatları, dayanıqlı işçi ehtiyatları Afrikanı müstəmləkəyə aparan amillər oldu. Bu gün də Afrika maraqların kəskin toqquşduğu regiona çevrilib. Afrikada ən çox marağı olan Fransadır. Osmanlını parçalamaq ideyası irəli sürülərkən Fransa Afrikanı seçmişdi. Afrikada yerləşən hərbi bazalar da onun strateji mövqeyindən irəli gəlirdi. Lakin Fransa ilə yanaşı Türkiyə də Afrikada önəmli statusa malikdir. Bu gün Türkiyə dünyanın bir neçə seqmentində yer almaqdadır. Bunlardan biri də Afrikadır. Lakin digərlərindən fərqli olaraq Türkiyə Afrikanı talan edib, qırğınlar törətmək siyasəti yeritmir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU