Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən şadlıq saraylarının birinin (Kral) yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb. Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.